Rusiyada 16 yaşlı idmançı qız itkin düşüb, əşyaları tapılıb
Tarix: 29-08-2023, 19:58
Baxılıb: 51
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada 16 yaşlı idmançı qız itkin düşüb, əşyaları tapılıb

29-08-2023, 19:58

Rusiyalı fiqurlu konkisürən Alina Qorbaçova yoxa çıxıb.
Reportyor.tv xəbər verir ki, bu barədə TASS-a 16 yaşlı idmançının anası Yekaterina Qorbaçova bildirib.
O bildirib ki, artıq bu barədə bu müvafiq qurumlara məlumat verilib, qızının axtarışları aparılır.“Baza” “Telegram” kanalı isə idmançının dünən məşqçi Sofiya Fedçenko ilə mübahisə etdiyini, bundan sonra idman zalını tərk etdiyini yazıb. Onun buzlu arenadan çıxdıqdan sonra şəbəkəyə girmədiyi müəyyənləşib.
Bu gün isə onun əşyaları tapılıb. Hazırda onun əşyalarının tapıldığı ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparırlar. İdmançının boğula biləcəyi də ehtimal edilir.
Qeyd edək ki, Alina Qorbaçova ötən mövsüm Qran-Prisinin finalında altıncı yeri tutub, eyni zamanda ölkə çempionatının qalibi olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ