Ukraynaya veriləcək F-16-lar cəbhədəki vəziyyəti nə dərəcədə dəyişdirəcək - müxtəlif rəylər
Tarix: 20-08-2023, 19:11
Baxılıb: 159
Google+ Paylaş
Tumblr Paylaş

Ukraynaya veriləcək F-16-lar cəbhədəki vəziyyəti nə dərəcədə dəyişdirəcək - müxtəlif rəylər

20-08-2023, 19:11

Xəbər verildiyi kimi ABŞ Danimarka və Hollandiyadan Ukraynaya F-16 qırıcılarının tədarükünü təsdiqləyib. Amma hələlik neçə təyyarənin gətiriləcəyi məlum olub və onların hansı silahlarla təchiz ediləcəyi bəlli deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukraynaya veriləcək F-16-laırn cəbhədə vəziyyəti köklü dəyişib dəyişdirməyəcəyi ilə bağlı müxtəlif rəylər səsləndirilir.

Gələn xəbərlərə əsasən, Hollandiya 2024-cü ilin ortalarında 24 ədəd F-16-nı istismardan çıxarmalı olacaq - Hollandiya məhz onların Ukraynaya çatdırılmasını istəyir. Bundan əlavə, bu ölkə daha 18 qırıcını satışa çıxarıb, onlardan 12-si ilə bağlı artıq ilkin müqavilə bağlanıb. Avqust ayında Danimarkada ukraynalı pilotların F-16-da təlimi başlayıb.

OSINT mərkəzinin analitiki Kirill Mixaylova görə, F -16-ların Ukrayna üçün əhəmiyyəti böyükdür. Onun fikrincə bu təyyarələr Ukraynanın hava hücumundan müdafiəsini olduqca gücləndirəcək. Çünki onlar pilotsuz təyyarələri və qanadlı raketləri vurmağa qadirdirlər. F-16 raketlərinin atış məsafəsi Rusiya “Su-34-lərindən , eləcə də Ka-52 helikopterlərinin hədəf məsafəsindən daha çoxdur. Buna görə də qırıcılar çəkindirici vasitəyə çevriləcək. Rusiya öz təyyarələrini belə qırıcıların olduğu yerə göndərməzdən əvvəl "on dəfə düşünəcək",-deyə Mixaylov bildirib.

F-16-nın digər mühüm xüsusiyyəti radar əleyhinə raketlərdən və idarə olunan bombalardan istifadə etməklə yer hədəflərini yüksək dəqiqliklə vurmaq qabiliyyətidir. Mixaylova görə, bu Ukrayna Silahlı Qüvvələri üçün HIMARS sistemlərinin uzaq mənzilli GMLRS raketlərinə qənaət etməyə kömək göstərəcək.

Hərbi ekspert Yuri Fyodorovun sözlərinə görə, Danimarkada 30, Hollandiyada isə daha 42 F-16 var. Fyodorov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin yalnız 60-70-ə qədər texnika alacağı təqdirdə cəbhədə dönüş nöqtəsinə nail olacağını düşünür.

“Ancaq hər şey təyyarələrin hansı silahlarla təchiz olunacağından və Rusiya təyyarələrini vura bilən AMRAAM hava-hava raketlərinin quraşdırılıb-quraşdırılmayacağından asılıdır”,-deyə o, qeyd edib.

“Əgər Ukrayna bir neçə F-16 eskadrilyasını ala bilsə (ABŞ-da belə bir bölməyə 18-dən 24-ə qədər təyyarə daxildir), o zaman "nəzəri olaraq" bu əks-hücuma kömək edəcək”,-deyə Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Duqlas Barri, "The New Times"a bildirib. “The New York Times” ekspertinin fikrincə, bu təyyarələrin Ukraynaya verilməsinin vacibliyi onların həm müdafiə, həm də hücum missiyasını yerinə yetirə bilməsindədir.

Beynəlxalq Böhran Qrupundan Oleq İqnatova görə isə, hətta 200 ədəd F-16 belə cəbhədəki vəziyyəti dramatik şəkildə dəyişə bilməz, çünki Rusiya hələ də dəfələrlə çox təyyarəyə, eləcə də yaxşı hava müdafiəsi sisteminə malikdir. “Bununla belə, F-16-lar "Ukraynaya gələcək hücum əməliyyatlarda müdafiə eşalonlarını aşmaq üçün lazım olan atəş gücünü artıracaq",-deyə o, vurğulayıb.
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ