Ukraynaya ballistik raket atıldı: 7 ölü, 129 yaralı - YENİLƏNDİ
Tarix: 20-08-2023, 00:46
Baxılıb: 116
Google+ Paylaş
Tumblr Paylaş

Ukraynaya ballistik raket atıldı: 7 ölü, 129 yaralı - YENİLƏNDİ

20-08-2023, 00:46

Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 129-a çatıb.
reportyor.org UNIAN-a istinadla xəbər verir ki, bu barədə Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
128 nəfər tibbi yardım üçün müraciət edib. Hazırda 46 nəfər xəstəxanalardadır.
Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər ölüb. 60-dan çox ev dağıntılar nəticəsində zədələnib.
Avqustun 19-21-də şəhərdə matəm elan edilib.
xxx
16:12
Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum olub.
reportyor.org xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 90 nəfər isə yaralanıb:
“Yaralananlardan 10-u polis, 12-si isə uşaqdır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ