Lavrovdan nüvə silahı AÇIQLAMASI: "Bu, yeganə cavabdır"
Tarix: 19-08-2023, 02:48
Baxılıb: 114
Google+ Paylaş
Tumblr Paylaş

Lavrovdan nüvə silahı AÇIQLAMASI: "Bu, yeganə cavabdır"

19-08-2023, 02:48

"Çəkindirmə kontekstində nüvə silahına sahib olmaq hazırda Rusiyanın təhlükəsizliyinə xarici təhdidlərə yeganə cavabdır. Ukrayna ətrafında vəziyyətin inkişafı bu sahədəki narahatlığımızın doğruluğunu təsdiq etdi"
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "International Affairs" jurnalına müsahibəsində nüvə silahının ölkənin təhlükəsizliyində rolundan danışarkən deyib.
Lavrovun sözlərinə görə, NATO təhlükəsizliyin bölünməzliyi prinsipini kobud şəkildə pozaraq, özünü nüvə ittifaqı elan edib və Rusiyanın "strateji məğlubiyyətindən" risk alıb.
"Nəzərinizə çatdırım ki, onun bizim tərəfimizdən mümkün tətbiqi şərtləri doktrinal sənədlərdə müəyyən edilmişdir. Anlamaq lazımdır ki, Rusiyanın nüvə silahından çəkindirmə sahəsində dövlət siyasəti müstəsna olaraq müdafiə xarakteri daşıyır. O, dövlətin suverenliyi, ərazi bütövlüyünün qorunmasına təminat vermək, Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq üçün zəruri olan minimum səviyyədə saxlamağa yönəlib", - Rusiya XİN rəhbəri deyib.
Hüseyn İbadlı


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ