Bayden Trampın hakimiyyətinin son aylarında atdığı addımı təkrarlamaq istəyir
Tarix: 18-08-2023, 15:22
Baxılıb: 90
Google+ Paylaş
Tumblr Paylaş

Bayden Trampın hakimiyyətinin son aylarında atdığı addımı təkrarlamaq istəyir

18-08-2023, 15:22

“ABŞ Prezidenti Co Bayden “ilkin şərt olmadan” Kim Çen Inla görüşməyə hazırdır”.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazırıq”, - deyə o bildirib.
Kirbi əlavə edib ki, KXDR bu təklifə müsbət cavab verməyib.
Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Ev rəhbəri olduğu son dönəmlərdə Şimali Koreya lideri Kim Çen Inla görüşmüş, bununla da KXDR sərhədini keçən ilk prezident kimi tarixə düşmüşdü.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ