Fransada koronavirusdan ölənlərin sayı 20 minə yaxınlaşıb
Tarix: 19-04-2020, 23:28
Baxılıb: 1 305
Google+ Paylaş
Tumblr Paylaş

Fransada koronavirusdan ölənlərin sayı 20 minə yaxınlaşıb

19-04-2020, 23:28

"Bu günə qədər koronavirusdan 19718 nəfər ölüb. Bunlardan 12 min nəfəri xəstəxanalarda, 7649 nəfəri isə qocalar evlərində və digər sosial-tibb müəssisələrində ölüb”.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsinin Baş direktoru Jerome Salomon mətbuat konfransında məlumat verib.
O bildirib ki, ölkədə epidemiyanın nisbətən azaldığı müşahidə edilsə də, xəstəxanaya yerləşdirilənlərin sayı hələ də çoxdur: “Hazırda xəstəxanalarda 30 610 nəfər var. Onlardan 5744 nəfəri reanimasiyadadır. Gündə xəstəxanaya təxminən 890 nəfər qəbul olunur”.
Salomon əlavə edib ki, epidemiya başlayandan bəri 80 minə yaxın insan xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Fransada koronavirusa yoluxanların ümumi sayı 112606 hadisə qeydə alınıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ