Bir az səbir və zamana ehtiyacımız var
Tarix: 8-06-2023, 01:19
Baxılıb: 148
Google+ Paylaş
Tumblr Paylaş

Bir az səbir və zamana ehtiyacımız var

8-06-2023, 01:19

Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek andiçmə mərasimindən sonra özünün sosial media hesabında diqqətçəkən paylaşım edib.
reportyor.org xəbər verir ki, o, ölkədə iqtisadi vəziyyətin düzəlməsi üçün səbr və zamana ehtiyac olduğunu bildirib.
"Bu yolda hər kəsin dəstəyi ilə hədəflərimizə çatacağıq... Bir az səbr və zamana ehtiyacımız var”, - nazir qeyd edib.
Şimşək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olduğunu deyib.
"Daha firavan və möhkəm Türkiyə yaratmaq üçün prinsiplərimiz şəffaflıq, ardıcıllıq, hesabatlılıq və proqnozlaşdırıla bilənlik olacaq", - deyə nazir vurğulayıb.
"Biz daxili və xarici çağırışlarla mübarizə apararkən proqnozlaşdırıla bilənliyimizi artırmaq üçün qaydalara əsaslanan siyasətin qurulmasına sadiqliyimizi təmin edirik", - Şimşek əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ