Görünməmiş dələduzluq: Polis sərxoş sürücünün maşınını satdı
Tarix: 5-06-2023, 17:30
Baxılıb: 169
Google+ Paylaş
Tumblr Paylaş

Görünməmiş dələduzluq: Polis sərxoş sürücünün maşınını satdı

5-06-2023, 17:30

Rusiyalı yol polisi sərxoş sürücülərin sayəsində varlanıb.
reportyor.org "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin (YaNAO) Noyabrsk şəhərində müstəntiqlər iki sərxoş sürücüdən avtomobili "su qiyməti"nə alıb, bazar qiymətinə satan yol polisini cinayət məsuliyyətinə cəlb ediblər.
Yol polisi müfəttişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur: dələduzluq, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə.
İstintaqın məlumatına görə, 2021 və 2022-ci illərdə bir polis sərxoş halda avtomobil idarə edən iki sürücünü yolda saxlayıb.
O, sürücülərə avtomobilləri ucuz qiymətə ona satacaqları halda cinayət məsuliyyətindən azad ediləcəklərinə söz verib. Sürücülər razılaşaraq, nəqliyyat vasitələrini yol polisinə 15 və 30 min rubla satıblar. Bunun ardınca isə polis həmin avtomobilləri bazar qiymətinə sataraq, xeyli qazanc əldə edib..
Daha sonra həmin sürücülərdən biri sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, məhkum edilib, ikincisi isə sərxoş vəziyyətdə yol polisinin müşayiəti ilə şəhər ətrafında hərəkətini davam etdirib.
Onlar polisə rüşvət verdiklərinə görə, məsuliyyətə cəlb olunublar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ