Ərdoğan Sinan Oğanla görüşdü - YENİLƏNDİ
Tarix: 19-05-2023, 21:44
Baxılıb: 220
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan Sinan Oğanla görüşdü - YENİLƏNDİ

19-05-2023, 21:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan arasında görüş başlayıb.
reportyor.org xəbər verir ki, R.T.Ərdoğan S.Oğanı İstanbulda Dolmabağçadakı iş ofisində qəbul edib.
Qeyd edək ki, R.T.Ərdoğan prezident seçkilərinin ikinci turunda Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən bir sıra şərtlər tələb edib.
Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
X X X
Mətbuata qapalı keçən görüş təxminən 1 saat davam edib.
Görüşdən sonra R.T.Ərdoğan Dolmabaxça ofisini tərk edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ