Rusiya ilə bağlı sual verildi, brifinqi tərk etdi - Baydenin sözçüsü
Tarix: 18-05-2023, 09:52
Baxılıb: 316
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya ilə bağlı sual verildi, brifinqi tərk etdi - Baydenin sözçüsü

18-05-2023, 09:52

Ağ Evin mətbuat katibi Karin Jan-Piyer keçmiş prezident Donald Trampın 2016-cı il seçkilərində Rusiya ilə “əlaqələrinin” araşdırılması ilə bağlı sualdan sonra brifinqi tərk edib.
reportyor.org xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Bir neçə gün əvvəl xüsusi müşavir Con Daremin hesabatı dərc olunub. Orada deyilir ki, hakimiyyətdə və polisdə Trampın Rusiya ilə “sövdələşməsinə” dair heç bir real sübut yoxdur. Darem, həmçinin belə qənaətə gəlib ki, FTB heç vaxt siyasətçi ilə Moskva arasındakı əlaqələrə dair tam təhqiqata başlamamalı idi , çünki kəşfiyyat xidməti “xam və yoxlanılmamış məlumatlardan” istifadə edib.
Brifinq zamanı jurnalistlərdən biri Jan-Piyerdən Ağ Evin xüsusi prokurorun hesabatına reaksiyası ilə bağlı sual verib. Ancaq mətbuat katibi məsələni ABŞ Ədliyyə Nazirliyinə yönləndirib.
Öz növbəsində jurnalist xatırladıb ki, prezident Co Bayden Ədliyyə Nazirliyi və FTB-nin müstəqil qalmalı olduğunu deyib. O, həmçinin prezidentin Daremin FTB-nin “köklü dəyişikliklərə” ehtiyacı olduğu qənaəti ilə razı olub-olmadığını soruşub.
Bundan sonra Karine Jan-Piyer sualı cavabsız qoyub və bir daha bildirib ki, sual Ədliyyə Nazirliyinə göndərilməlidir. O, bu barədə şərh verməkdən imtina edib və kürsünü tərk edib. Mübahisəli hərəkətdən sonra internet istifadəçiləri sözçünü tənqid atəşinə tutublar.
Bundan əlavə, "Fox News" bildirib ki, əvvəllər Jan-Pyer sosial şəbəkələrdə Trampı Rusiyanın “kuklası” adlandırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ