Ukrayna üçün yeni silah istehsalı ilə bağlı NATO ölkələri razılığa gəlib.
reportyor.org UNİAN-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq açıqlamasında deyib.
Baş katibin sözlərinə görə, Ukraynaya dəstək üçün döyüş sursatlarının istehsalı hazırda alyans ölkələrinin prioritet hədəfləri sırasındadır.
Stoltenberq əlavə edib ki, NATO-nun 30 ölkəsindən yeddisi hazırda müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq məqsədinə nail olub.
