Molla rejimindən gülünc iddia: İrana qılınc və xəncər göndərirmişlər ki...
Tarix: 21-02-2023, 17:34
Baxılıb: 267
Google+ Paylaş
Tumblr Paylaş

Molla rejimindən gülünc iddia: İrana qılınc və xəncər göndərirmişlər ki...

21-02-2023, 17:34

İranın cənubunda içində 5 minə yaxın soyuq silah olan gəmi saxlanılıb.
reportyor.org xəbər verir ki, İran sərhəd qoşunlarının komandanı Əhməd-Əli Qodarzi qaçaqmalçılıq yolu ilə gətirilən ABŞ istehsalı olan bu silahların ölkədə iğtişaşlar törədən radikallar üçün nəzərdə tutulduğunu bildirib.
"Buşehr əyalətində içində 5000-dən çox qılınc və xəncər olan gəmi tapılıb, silahlar ABŞ istehsalıdır”, - Qodarzi deyib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında İran təhlükəsizlik qüvvələrinin Sistan və Bəlucistan əyalətində 4 qaçaqmalçı dəstəsini saxladığı xəbəri yayılmışdı. Həmin vaxt təxminən 100 hərbi silah və xeyli miqdarda sursat ələ keçirilmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ