İsveçrə Yanukoviçin ətrafının aktivlərinin müsadirə edilməsi proseduruna başlayıb
Tarix: 16-02-2023, 01:04
Baxılıb: 288
Google+ Paylaş
Tumblr Paylaş

İsveçrə Yanukoviçin ətrafının aktivlərinin müsadirə edilməsi proseduruna başlayıb

16-02-2023, 01:04

İsveçrə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ətrafının 2014-cü ildən sonra bloklanan aktivlərinin müsadirəsi üçün yeni prosedura başlayıb.
reportyor.org İsveçrə hökumətinin saytına istinadən xəbər verir.
Söhbət 140 milyon dollardan çox olan aktivlərdən gedir. Bunlar İsveçrədə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə əlaqəsi olan şəxslərin aktivləridir və müsadirə prosedurunun motivi bu vəsaitlərin qeyri-qanuni mənşəyinə dair şübhə olub.
Federal Şura aydınlaşdırıb ki, müsadirə proseduruna başlamaq qərarı Rusiyaya qarşı 2022-ci ildə qəbul edilmiş sanksiyalarla bağlı deyil. İlk prosedur 2022-ci ilin mayında başlayıb və bu, təxminən 100 milyon frankın müsadirə edilməsi ilə bağlı olub. Daha sonra təxminən 30 milyon frankın müsadirə edilməsi proseduruna başlanılıb.
İsveçrə ədliyyəsi yekun qərar qəbul edilənə qədər aktivlər dondurulacaq. Əgər bu əmlaklar nəhayət müsadirə olunarsa, beynəlxalq müqaviləyə əsasən, onlar Ukrayna əhalisinin xeyrinə bərpa olunacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ