İsrail Ukraynaya üç zirehli tibbi maşın verdi
Tarix: 31-01-2023, 00:50
Baxılıb: 278
Google+ Paylaş
Tumblr Paylaş

İsrail Ukraynaya üç zirehli tibbi maşın verdi

31-01-2023, 00:50

İsrail humanitar yardım çərçivəsində Ukraynaya üç zirehli təcili yardım maşını verib.
reportyor.org TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə Nazirliyi Ukrayna xilasetmə qüvvələrinə üç gülləkeçirməz təcili yardım maşını təhvil verib. İsrailin “Plasan Reem” şirkəti təcili yardım maşınlarını zirehliləşdirib və onları monitor, defibrilyator, oksigen verilməsi sistemi və s. kimi həyat xilas etmək üçün zəruri olan avadanlıqlarla təchiz edib”, - məlumatda deyilir.
Nazirlikdən qeyd edilib ki, daha bir belə maşın bir neçə həftə əvvəl Ukrayna tərəfinə verilib və o, artıq xilasetmə xidmətləri tərəfindən istifadə olunur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ