Ərdoğan beli qırılmış PKK-nı necə cəzalandıracaq? -"Sabitlik adası" HƏRƏKƏTƏ KEÇDİ
Tarix: 13-11-2022, 23:54
Baxılıb: 292
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan beli qırılmış PKK-nı necə cəzalandıracaq? -"Sabitlik adası" HƏRƏKƏTƏ KEÇDİ

13-11-2022, 23:54

"Bir çox baxımdan bu, gözlənilən proses idi. Burada iki istiqamət var – Türkiyə-İran məsələsində son zamanlar ciddi addımlar var idi. Digər məqam Səmərqənd zirvəsidir. İkinci detal – seçim öncəsi müəyyən çağırışlar var idi. Güman ki, bu, iqtidarın yaratdığı "sabitlik adası"nı aradan qaldırmaq istəyinə bağlıdır".
Bu sözləri Musavat.com-a İstanbuldakı terror aktını şərh edərkən politoloq Əziz Əlibəyli deyib.
ezz_elbeyl.jpg (44 KB)
"Həm də PKK kartının yenidən işə düşməsi birilərinin seçki öncəsi Türkiyənin indiki hakimiyyətinə verdiyi mesajdır ki, növbəti dəfə xəbərdarlıq ciddi qəbul edilsin. ABŞ-ın müxalifət kanalı və digər güclərin, o cümlədən İsveçrənin dəstəklədiyi terror təşkilatlarının Türkiyə müxalifəti ilə bağlılıq məsələsi də gündəmdədir. Şübhə yoxdur ki, seçki öncəsi də bəzi məsələlər danışılırdı. Biriləri Türkiyəni PKK üzərinə ssenariyə peşkəş çəkmək istəyirdi. Əməliyyatlarla beli qırılmış PKK-nın İstanbulda terror törətməsi onların Türkiyənin indiki gedişatını durdurmaq, seçkidən öncə güclü Ərdoğanı sarsıtmaq və onun daxili, xarici siyasətinə ciddi mesaj verməkdən ibarətdir", - politoloq əlavə edib.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ