Polis Britaniya kralı III Çarlz və kraliça-konsort Kamillaya Yorkda gəzinti zamanı yumurta atan şəxsi həbs edib.
reportyor.org xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumatda deyilir ki, polis “Bu ölkə qulların qanı üzərində qurulub!” deyə qışqıran şübhəli şəxsi müvəqqəti hasarın arxasında saxlayıb.
"Bundan sonra izdihamın içindəki insanlar "Allah Kralı qorusun" və "Ayıb olsun" şüarlarını səsləndirməyə başlayıblar", - deyə telekanal qeyd edir.