Ukrayna ordusu niyə əks-hücuma keçmir? - Zelenski AÇIQLADI
Tarix: 7-06-2022, 23:38
Baxılıb: 243
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna ordusu niyə əks-hücuma keçmir? - Zelenski AÇIQLADI

7-06-2022, 23:38

"Ukrayna hələ də Rusiyaya qarşı müharibədə əks-hücuma keçmir, çünki onun kifayət qədər hərbi texnikası və döyüşçüləri yoxdur".
reportyor.org xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin FT-yə müsahibəsində deyib.
"İrəliləmək üçün ən azı 10 dəfə çox texnika və 10 dəfə çox insan lazımdır. Arzularımız çoxdur, amma texnika azdır. Ona görə də çox güclü irəliləyə bilmərik. Bu baş verməyincə, çətin hərəkət edəcəyik, orada böyük itkilər olacaq və insanlar mənim üçün prioritetdir”, - prezident bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç əks-hücumun Ukraynanın kifayət qədər silah almasından və əlavə 4-5 briqada yaratmasından sonra başlayacağını bildirmişdi .
Onun fikrincə, belə bir hücum iyul və avqustun ikinci yarısında başlaya bilər. Buna baxmayaraq, mayın sonundan Ukrayna qüvvələri bəzi bölgələrdə əks-hücum əməliyyatı keçirir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ