BMT: Ukraynada 1,8 mindən çox mülki şəxs ölüb
Tarix: 11-04-2022, 22:42
Baxılıb: 361
Google+ Paylaş
Tumblr Paylaş

BMT: Ukraynada 1,8 mindən çox mülki şəxs ölüb

11-04-2022, 22:42

Ukraynada müharibə zamanı 1,8 mindən çox mülki şəxs həlak olub.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.
“Rusiya Federasiyasının Ukraynaya silahlı hücumunun başladığı 24 fevral saat 04:00-dan indiyədək Ukraynada 1 842 mülki vətəndaş ölüb, 2 493 dinc sakin isə yaralanıb”, - hesabatda göstərilib.
Ölən 1 842 nəfərin 474-ü kişi, 301-i qadın, 28-i qız, 50-si oğlandır, həmçinin 70 uşaq və 919 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.
2 493 yaralının isə 287-si kişi, 216-sı qadın, 49-u qız və 50-si oğlandır, o cümlədən cinsiyyəti hələ tam dəqiqləşdirilməmiş 134 uşaq və 1 757 yetkin şəxs var.
Bəzi rayonlarda ərazinin minalanması səbəbindən mülki əhali arasında itkilərin sayının hesablanması mümkün deyil.
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ