Qazaxıstanda “MİR-24” telekanalının binası yandırıldı - VİDEO
Tarix: 7-01-2022, 13:01
Baxılıb: 201
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstanda “MİR-24” telekanalının binası yandırıldı - VİDEO

7-01-2022, 13:01

Qazaxıstanın Almatı şəhərində Rusiyanın “MİR-24” telekanalının binası yandırılıb.
Publika.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
“Bütün həmkarlarımız dərhal ofisdən təxliyə edilib. Onlar arasında xəsarət alan yoxdur” - telekanalın texniki inkişaf üzrə sədr müavini Aleksey İkonnikov deyib.
Telekanal qəzəbli kütlənin şirkətin ofisinə basqın etməyə hazırlaşdığını əks etdirən kadrları da yayıb. Hücum edənlərin əllərində baltalar olub. Onlar televiziya avadanlıqlarını da məhv ediblər. 
Müxbirlərdən birinin verdiyi məlumata görə, əgər jurnalistlər binadan tez çıxmasaydılar, ölənlərin olacağı istisna edilməyib: “Hücumçuların başımıza nə gətirəcəyini bilmirdik. Müxbirlər və nümayəndəliyin digər əməkdaşları sağdır və öz vəzifələrini yerinə yetirməkdə davam edirlər. Ofisə hücum edənlər pəncərələrdəki dəmir barmaqlıqları və nədənsə avtogenlərlə akkumulyatorları kəsiblər. Onlar əllərinə keçən hər şeyi məhv edib. Hazırda teleradio şirkətinin ofisi atəş nöqtəsinə çevrilib. Silahlılar binanı ələ keçirib, orada barrikadalar qurublar”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ