Rusiya 350 dəfə təyyarələrini NATO-ya qarşı havaya qaldırıb
Tarix: 29-12-2020, 17:55
Baxılıb: 1 006
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya 350 dəfə təyyarələrini NATO-ya qarşı havaya qaldırıb

29-12-2020, 17:55

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 2020-ci il ərzində 350 dəfə NATO-nun hava məkanına daxil olub.
Publika.az xəbər verir ki, bu barədə ittifaqın mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, NATO-nun təyyarələri hava sərhədlərinin pozulması səbəbilə 400 dəfəyə yaxın uçuş həyata keçirib.
NATO-nun Avropada hava aktivliyini müşahidə edən 40 radiolokasiya stansiyası və nəzarət məntəqəsi var. 60-a yaxın təyyarəsi isə həftədə 7 gün, 24 saat uçuşa hazır vəziyyətdə gözləyir. İttifaqın hava aktivliyini izləməsi Litva, Estoniya və Latviya kimi ölkələr üçün əhəmiyyətlidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ