Çindən ilginc qərar – dəmiryollarını Avropa üçün açdı, Uhandan ilk qatar Almaniyaya yola düşdü
Tarix: 28-03-2020, 17:58
Baxılıb: 879
Google+ Paylaş
Tumblr Paylaş

Çindən ilginc qərar – dəmiryollarını Avropa üçün açdı, Uhandan ilk qatar Almaniyaya yola düşdü

28-03-2020, 17:58

Dünyanın bəlasına çevrilən koronavirusun ilk olaraq ortaya çıxdığı Çinin Uhan şəhərində həyat öz axarına düşməyə başlayıb. Belə ki, şəhərdə  karantin rejimi ləğv edilib, insanların hərəkətinə, bölgəyə gediş-gəlişə qoyulan qadağalar aradan qaldırılıb. 
Həmçinin Çin hökuməti dəmiryollarını Avropa üçün açıb. Beləliklə Uhandan Avropaya gedən yükdaşıyan dəmiryol marşrutları bu gündən etibarən yenidən fəaliyyətə başlayıb.

İlk səfər isə Almaniyanın Diusburq şəhərinə olacaq. Artıq 50 vaqon yük daşıyan qatar Diusburq şəhərinə yola çıxıb. Tibbi avadanlıqlar və müxtəlif gündəlik ehtiyaclar olan yük qatarı 15 günə Almaniyaya çatacaq.
Qeyd edək ki, Çinin ən böyük sənaye şəhərlərindən biri olan Uhan şəhərində tibbi avadanlıqlarla bərabər, avtomobil ehtiyat hissələri, elektron qurğular və telekommunikasiya məhsulları da istehsal olunur. Bu məhsullar ilk növbədə Almaniyaya, daha sonra isə Fransa, Macarıstan, Çexiya və Polşaya göndərilir.
Almaniyanın Köln şəhərində yaşayan və koronavirus müalicəsindən sonra sağalan Ahmet Arpacı virusa Çinin Uhan şəhərindən gətirilən sənaye ehtiyat hissələrindən yoluxduğunu açıqlamışdı. 
Xatırladaq ki, həmçinin bu gündən etibarən Çinin Hubey əyalətinin mərkəzi olan Uhan şəhərinin metropoliten xidməti koronavirus epidemiyasının yayılması nəticəsində elan olunmuş iki aylıq fasilədən sonra öz fəaliyyətini bərpa edib.
Xalidə Gəray
Musavat.com 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ