Dünyada koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı- SİYAHI
Tarix: 22-03-2020, 13:07
Baxılıb: 1 107
Google+ Paylaş
Tumblr Paylaş

Dünyada koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı- SİYAHI

22-03-2020, 13:07

Dünyada koronavirusa ən çox yayılma halı Çində qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu ölkədə 81 321 nəfər COVID-19 infeksiyasının daşıyıcısıdır.
Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ikinci yerdə qərarlaşıb. Rəsmi məlumata görə, bu ölkədə 53 578 koronavirusa yoluxma təsdiqlənib.
ABŞ COVID-19-un təsdiq edilmiş yoluxma hallarının sayına görə Çin və İtaliyadan sonra dünyada üçüncü yerə çıxıb.
Bu barədə ABŞ-ın federal və yerli hakimiyyətinin statistikasını aparan Cons Hopkins Universiteti bildirib.
Qeyd edilir ki, ölkədə təxminən 25,5 min koronavirusa yoluxma qeydə alınıb, 300-dən insan pandemiyanın qurbanı olub.
Universitetin məlumatına görə, ABŞ-da yeni virusa 25 493 yoluxma təsdiqlənib, 307 nəfər ölüb.
ABŞ koronavirusun yayılmasına görə yalnız Çindən və İtaliyadan geri qalır. Son həftə ərzində bu ölkədə COVID-19 infeksiyasına yoluxma halları onqat artıb.
Qeyd edək ki, ABŞ-dan sonra siyahıda İspaniya qərarlaşıb. Bu ölkədə 25,3 min nəfər yeni virusun daşıyıcısıdır. Almaniya siyahıda (22,2 min nəfər) 5-ci, İran (20,6 min nəfər) 6-cı yerdədir.  


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ