Gürcüstanda müxalifət etiraz aksiyası çağırışı edib
Tarix: 17-04-2024, 15:54
Baxılıb: 30
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstanda müxalifət etiraz aksiyası çağırışı edib

17-04-2024, 15:54

Gürcüstanın müxalif partiyalardan olan deputatları hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini parlamentdə birinci oxunuşda dəstəkləməsi ilə əlaqədar etiraz aksiyası çağırışı edib.

Parlament müxalifəti vətəndaşları “ölkənin gələcəyinin qorunması üçün” axşam saat yeddidə parlamentin qarşısına toplaşmağa çağırıb. Deputatlar birgə bəyanatlarında hakim partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı qətiyyətli mübarizəyə başlayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, qanun layihəsinə etiraz olaraq parlament binasının ətrafında keçirilən etiraz aksiyaları bu günədək əsasən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təşkil olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ