Rekord istilər gəlir - XƏBƏRDARLIQ
Tarix: 17-04-2024, 09:07
Baxılıb: 64
Google+ Paylaş
Tumblr Paylaş

Rekord istilər gəlir - XƏBƏRDARLIQ

17-04-2024, 09:07

Orta qlobal temperatur yazın sonuna qədər çox yüksək qalacaq.

Reportyor.tv referans.az-a istinadən xəbər verir ki, bu proqnozu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand alimlərin fikirlərinə istinadən səsləndirib.

Onun fikrincə, "El Nino" iqlim fenomeni bitdikdən sonra da ətalət öz təsirini göstərəcək.

Vilfand TASS-a müsahibəsində deyib:

"Məhz "El Nino" rekord yüksək temperaturlara böyük təsir göstərdi. Bu təbiət hadisəsi may ayında başa çatır. Ancaq buna baxmayaraq, qarşıdan gələn aylar ən isti üç ay arasında olacaq. Beləliklə, hava rekordlarını istisna etmək olmaz".

Xatırladaq ki, "El Nino" fenomeni Sakit okeanda suyun temperaturunun artması ilə bağlıdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ