Bəşəriyyəti gözləyən böyük xəstəlik: qarşısı alınmasa...
Tarix: 15-04-2024, 16:07
Baxılıb: 70
Google+ Paylaş
Tumblr Paylaş

Bəşəriyyəti gözləyən böyük xəstəlik: qarşısı alınmasa...

15-04-2024, 16:07


İnsanların yaratdığı iqlim dəyişikliyi səbəbindən dünya istiləşdikcə temperaturla əlaqəli insultlardan ölənlərin sayı getdikcə çoxalır. Bəs iqlim dəyişikliyi insult ilə necə əlaqəlidir?

Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin dərc etdiyi hesabat iqlim böhranı təhlükəsinin nə qədər ciddi olduğunu bir daha ortaya qoyub.

Hesabata görə, 2023-cü ilin fevralından 2024-cü ilin yanvarına qədər illik temperatur artımı 1,52 dərəcəyə çatıb. Belə ki, dünya ilk dəfə olaraq 1,5 dərəcə selsi qlobal istiləşmə həddini keçib, eyni zamanda rekord səviyyədə su səviyyəsi artımı olduğu da vurğulanıb.

Ətraf mühitin və havanın çirklənməsinin, iqlim dəyişikliyinin serebrovaskulyar xəstəliklərə təsiri son illərdə daha tez-tez ortaya çıxmağa başlayıb. Bu cür hava şəraiti beyin damarlarının tıxanmasına səbəb olur.

Amerika Nevrologiya Akademiyasının jurnalı “Neurology”-də dərc olunan araşdırmaya görə, iqlim dəyişikliyi ilə əlaqəli həddindən artıq temperatur dalğalanmaları dünyada yarım milyondan çox insanın insultdan ölməsinə səbəb olub.

Tədqiqat 204 ölkə və ərazidə son 30 ili əhatə edən sağlamlıq qeydlərini araşdıraraq, optimal diapazondan kənar temperaturlara görə insultdan ölənlərin və bununla bağlı sağlamlığını itirən insanların sayını araşdırıb.

Təkcə 2019-cu ildə istiliklə bağlı 521 min 31 ölüm hadisəsinin 474 mini aşağı hərarətlə, qalanı isə yüksək hərarətlə bağlı olub. Araşdırmaya görə, temperaturun dəyişməsi nəticəsində iflicdən dünyasını dəyişən kişilərin sayının qadınlardan daha çox olduğu üzə çıxıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ