Üçüncü dünya müharibəsi artıq başladı
Tarix: 15-04-2024, 15:56
Baxılıb: 86
Google+ Paylaş
Tumblr Paylaş

Üçüncü dünya müharibəsi artıq başladı

15-04-2024, 15:56

Üçüncü dünya müharibəsi artıq başlayıb.
Bu iddia ilə Böyük Britaniyanın “The Telegraph” nəşri çıxış edib.

Qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumu da bunun tərkib hissəsidir: “İstəsək də, istəməsək də, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi dünya müharibəsinin bir hissəsidir. Bu müharibə Rusiya və onun müttəfiqləri - Çin, İran və Şimali Koreya ilə kollektiv Qərb arasında gedir”.

Bildirilib ki, Qərb bu reallığı dərk etməlidir: “Belə olan halda Rusiya məğlub edilə bilər. Əks halda Ukrayna daha çətin vəziyyətə düşəcək. Rusiya müttəfiqlərini səfərbər edir, Qərb isə hələ də bu məsələni regional mübahisə kimi qiymətləndirir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ