TƏCİLİ! İrana hücum oldu: Xeyli sayda ölən var
Tarix: 4-04-2024, 11:58
Baxılıb: 108
Google+ Paylaş
Tumblr Paylaş

TƏCİLİ! İrana hücum oldu: Xeyli sayda ölən var

4-04-2024, 11:58

İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.

 

Oxu24.com  “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti bildirib.

 

Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb.

 

Bildirilib ki, hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.

 

İRNA-nın məlumatına görə, İnqilab keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüləri ilə qruplaşma üzvləri arasında 10 saatadək atışma olub.

 

 

Ölənlər arasında Çabahar polis idarə rəisinin müavini də var.

 

Silahlı qruplaşma isə Sepahın 200-ə yaxın hərbçisini öldürdüklərinə dair məlumat yayıblar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ