Peskov: Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır
Tarix: 26-03-2024, 11:25
Baxılıb: 24
Google+ Paylaş
Tumblr Paylaş

Peskov: Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır

26-03-2024, 11:25

Rusiya və Ermənistan münasibətlərdəki mövcud çətinliklərə baxmayaraq, qardaş ölkələr olaraq qalırlar.
Reportyor.tv xəbər verir ki, bunu aif.ru-ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiya Federasiyası üçün qardaş ölkədən də artıqdır, baxmayaraq ki, iki ölkə hazırda münasibətlərdə kifayət qədər çətin dövrünü yaşayır: “Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən daha çox erməni yaşayır. Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəaliyyəti hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini- ildə bir neçə milyard dollara qədər təşkil edir. Ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”, - Kremlin sözçüsü qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ