Türkiyə BMT TŞ-nin Qəzzada atəşkəs tələbi ilə bağlı qərarını müsbət qiymətləndirib
Tarix: 25-03-2024, 20:16
Baxılıb: 40
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə BMT TŞ-nin Qəzzada atəşkəs tələbi ilə bağlı qərarını müsbət qiymətləndirib

25-03-2024, 20:16

Türkiyə BMT Təhlükəsizlik Şurasının Ramazan ayı ərzində Qəzzada dərhal atəşkəs tələbi ilə bağlı qərarını və Qəzzaya humanitar yardımın verilməsini müsbət addım kimi qiymətləndirir.
Reportyor.tv-nin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.
O, İsrailin sözügedən qərarın tələblərini tez bir zamanda yerinə yetirəcəyinə ümid etdiyini qeyd edib:
“Qəzzadakı humanitar fəlakətə son qoymaq və İsrail-Fələstin probleminə daimi həll tapmaq üçün beynəlxalq ictimaiyyəti İsrailə qarşı ortaq mövqe tutmağa çağırırıq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ