Çində koronavirus qurbanlarının sayı 3,2 min nəfərə çatdı
Tarix: 18-03-2020, 08:51
Baxılıb: 641
Google+ Paylaş
Tumblr Paylaş

Çində koronavirus qurbanlarının sayı 3,2 min nəfərə çatdı

18-03-2020, 08:51

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 11 nəfər artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Məlumata görə, virusa yoluxanların sayı 13 nəfər artıb, daha 922 nəfər sağalıb.
Komitə bildirib ki, ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı 80,8 min nəfərə çatıb, onlardan 69,6 min nəfəri sağalıb, 3 237 nəfər ölüb.
Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib. Mütəxəssislər xəstəliktörədicinin koronavirus olduğunu müəyyənləşdirib. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVİD-19 infeksiyasını pandemiya elan edib.
Təşkilatın məlumatına görə, dünyada son bir gün ərzində virusa 11 526 yeni yoluxma qeydə alınıb. Beləliklə, dünyada COVD-19 infeksiyasına yoluxanların ümumi sayı 179 112 nəfər təşkil edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ