HƏMAS-ın İsrailə hücumunu onlar planlaşdırıb: "Səhər saat 4-də..." - ŞOK DETALLAR
Tarix: 7-11-2023, 23:06
Baxılıb: 112
Google+ Paylaş
Tumblr Paylaş

HƏMAS-ın İsrailə hücumunu onlar planlaşdırıb: "Səhər saat 4-də..." - ŞOK DETALLAR

7-11-2023, 23:06

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücum planının müəllifləri kimi təşkilatın lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadı "Əl-Qəssam Briqadaası"ın rəhbəri Məhəmməd əl-Deyfin adı çəkilir.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” İsraildəki mənbələrə istinadən yazır.

Vurğulanır ki, əksər HƏMAS üzvləri üçün "Əl-Əqsa tufanı" əməliyyatının başlaması sürpriz olub:
"Əməliyyat başlamazdan əvvəl gözlənilmədən səhər saat dörddə namaza getmək üçün şifahi əmr alıblar və son əmrlər də səhər altıda şifahi olaraq verilib".
Hücumda iştirak edən HƏMAS bölmələrinin hər birinə ayrıca hədəf qoyulduğu və çox güman ki, 260 nəfərin faciəli sonluqla üzləşdiyi elektron musiqi festivalı iştirakçılarının düşərgəsinə edilən hücumun planın tərkib hissəsi olmadığı qeyd olunur.
Nəşrin mənbələrinə görə, HƏMAS bölmələrinin üç əsas vəzifəsi olub:

  • Qəzza sərhədləri yaxınlığında IDF qüvvələrinə hücum etmək
  • İsrailin əks hücumlarını dəf etmək
  • Maksimum sayda girovları ələ keçirmək.
Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrail ərazisinə sızmasından sonra Yaxın Şərqdə vəziyyət pisləşib. İki yüzdən çox girov əsir götürülüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ