İsrail Salehin evini vurdu
Tarix: 31-10-2023, 11:09
Baxılıb: 68
Google+ Paylaş
Tumblr Paylaş

İsrail Salehin evini vurdu

31-10-2023, 11:09

İsrail Müdafiə Qüvvələri HƏMAS siyasi bürosu rəhbərinin müavini Saleh əl-Arurinin İordan çayının qərb sahilində olan evini dağıdıb.
Publika.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
Bildirilir ki, həmin vaxt evdə heç kim olmayıb.
Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb. İsrail Müdafiə Qüvvələri 3000-dən çox raket atıldığını bildirib. Bundan əlavə, HƏMAS döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə sızaraq çoxlu mülki vətəndaşı və hərbçini öldürüb və girov götürüblər. Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ