ABŞ korporasiyalarının qan donduran addımı: Qəzza faciəsindən milyardlar qazanırlar
Tarix: 31-10-2023, 10:12
Baxılıb: 129
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ korporasiyalarının qan donduran addımı: Qəzza faciəsindən milyardlar qazanırlar

31-10-2023, 10:12

Amerika korporasiyaları Fələstin-İsrail qarşıdurması fonunda mənfəətin kəskin artımını görmək istəyir.
Publika.az xəbər verir ki, bu fikri “Guardian”ın köşə yazarı Eli Klifton deyib.
Jurnalistin sözlərinə görə, Amerikanın maliyyə konqlomeratları “Morgan Stanley” və “TD Bank” Qəzzadakı münaqişə fonunda gəlir əldə etməyə ümid edirlər. Onların fikrincə, bu, aerokosmik və silah sənayesinin inkişafı sayəsində mümkündür.
“HƏMAS əlavə tələb yaratdı, biz prezidentdən ( Co Bayden- red.) 106 milyard dollar tələb etdik", - “TD Cowen”in baş direktoru və baş analitik Kai von Rumohr deyib.
Jurnalist eyni zamanda, uzaq silahlı toqquşmadan maddi faydanın müzakirəsini ruhsuzluq və laqeydlik adlandırıb.
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS döyüşçüləri İsrail ərazisinə raket zərbələri endirib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyata başladığını elan edib.
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ