Britaniya XİN rəhbəri: İsrail ordusunu təmkinli olmağa çağırmışam
Tarix: 21-10-2023, 16:57
Baxılıb: 84
Google+ Paylaş
Tumblr Paylaş

Britaniya XİN rəhbəri: İsrail ordusunu təmkinli olmağa çağırmışam

21-10-2023, 16:57

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrail hökuməti ilə İsrailin beynəlxalq hüquqa uyğun hərəkət etməsi barədə danışıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Britaniya xarici işlər naziri Kleverli Qahirə sülh konfransında çıxışında bildirib.
"Mən İsrail hökuməti ilə birbaşa olaraq onların beynəlxalq hüquqa hörmət etmək vəzifəsi və Qəzzada mülki insanların həyatının qorunmasının vacibliyi barədə danışmışam.
İnanılmaz dərəcədə çətin şəraitə baxmayaraq, İsrail hərbçilərini nizam-intizamlı olmağa, peşəkarlıq nümayiş etdirməyə və təmkinli olmağa çağırmışam", Kleverli çıxışında deyib.
O bildirib ki, HAMAS İsrail və Fələstin arasında sülhün bərqərar olmasını istəmir. "Biz əmin olmalıyıq ki, HAMAS yox, sülh içində birgəyaşayış qalib gələcək. Böyük Britaniya mövqeyini aydın ifadə edib ki, İsrailin özünümüdafiə və HAMAS tərəfindən girov götürülənləri azad etmək hüququ var. Eyni zamanda açıq bildirmişik ki, biz və onlar Qəzzadakı fələstinlilərin ağrı və əzablarını yüngülləşdirmək üçün beynəlxalq hüquqa uyğun işləməli, addımlar atmalıyıq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ