BMT Baş katibi və Aİ rəsmiləri Qəzzadakı vəziyyəti müzakirə edib - FOTO
Tarix: 21-10-2023, 16:04
Baxılıb: 121
Google+ Paylaş
Tumblr Paylaş

BMT Baş katibi və Aİ rəsmiləri Qəzzadakı vəziyyəti müzakirə edib - FOTO

21-10-2023, 16:04

Qəzzada mülki əhalinin ehtiyaclarına uyğun yardımın davamlı şəkildə çatdırılmasına təcili ehtiyac var.
Reportyor.tv xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.

İsrail və HAMAS arasındakı müharibənin de-eskalasiyası istiqamətində müzakirələrin keçirildiyi Qahirə sülh konfransında iştirak edən Aİ-nin Ali Nümayəndəsi bildirib ki, konfrans çərçivəsində o, Aİ Şurasının Prezidenti Şarl Mişel, Aİ-yə sədrlik edən İspaniya Baş naziri Pedro Sançez və BMT Baş katibi Antonio Quterreş regiondakı vəziyyəti müzakirə ediblər.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ