Kobaxidze: İmpiçment prosesi Prezidentlə “radikal müxalifət” arasındakı ittifaqı ifşa edib
Tarix: 18-10-2023, 19:35
Baxılıb: 60
Google+ Paylaş
Tumblr Paylaş

Kobaxidze: İmpiçment prosesi Prezidentlə “radikal müxalifət” arasındakı ittifaqı ifşa edib

18-10-2023, 19:35

Gürcüstan Prezidenti növbəti bir il boyunca öz vəzifəsində formal qalacaq.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze parlamentdə keçirilən uğursuz impiçment səsverməsindən sonra jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Salome Zurabişvili bundan sonra Gürcüstanın yox, müxalif “Vahid Milli Hərəkat” partiyasının prezidenti olacaq.
Kobaxidze impiçment prosesinin Prezidentlə “radikal müxalifət” arasındakı ittifaqı ifşa etdiyini deyib.
Qeyd edək ki, Gürcüstanın hakim partiyasının sentyabrda başlatdığı impiçment prosesi bu gün parlamentdə keçirilən uğursuz səsvermə ilə başa çatıb. Partiya parlamentdə prezidentin vəzifəsindən uzaqlaşdırılması üçün tələb olunan minimum 100 səsi əldə edə bilməyib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ