Netanyahu İsrailin Qəzzaya zərbələrindən mülki şəxslərin əziyyət çəkdiyini etiraf edib
Tarix: 18-10-2023, 15:36
Baxılıb: 53
Google+ Paylaş
Tumblr Paylaş

Netanyahu İsrailin Qəzzaya zərbələrindən mülki şəxslərin əziyyət çəkdiyini etiraf edib

18-10-2023, 15:36

“Bu, fərqli müharibə olacaq, çünki HAMAS fərqli düşməndir”.
Reportyor.tv xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenin İsraildə müharibə kabineti ilə görüşü zaman bildirib.
Onun sözlərinə görə, İsrail mülki itkilərin sayının minimum olmasına çalışdığı halda, HAMAS mülki itkilərin sayını artırmağa çalışır: “HAMAS mümkün qədər çox israillini öldürməyə çalışır, eyni zamanda, fələstinlilərin həyatına dəyər vermir. Onlar hər gün müharibə cinayətlərinin sayını ikiqat artırır. Öz mülki əhalisinin arxasında gizlənərək bizim mülki əhalimizi hədəf alır. HAMAS fələstinlilərdən qalxan kimi istifadə edir.
HAMAS son 11 gündə müharibə cinayətləri törədir və İsrail legitim olaraq terrorçuları hədəf alır. Təəssüf ki, bu zaman mülki əhali də zərər görür. HAMAS bütün mülki itkilərə görə məsuliyyət daşıyır və buna cavab verməlidir. Biz bunun daha bir ağır nəticəsini dünən gördük, fələstinli terrorçular tərəfindən atılan raket səhvən Qəzzadakı xəstəxanaya düşdü. Beynəlxalq ictimaiyyət bu hadisəyə haqlı olaraq qəzəbləndi, lakin bu qəzəb İsrailə deyil, terrorçulara qarşı yönəlməlidir. İsrail bu müharibədə mülki əhalinin minimum zərər görməsi üçün əlindən gələni edəcək. Biz onları (Qəzzadakı mülki əhalini - red.) daha təhlükəsiz zonalara getməyə çağırmışıq və çağırmağa davam edəcəyik”.
Netanyahu qeyd edib ki, Qələbəyə gedən yol çətin və uzun olacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ