Zurabişvili hakim partiyanın Konstitusiya Məhkəməsinin qərarına təsir göstərdiyini deyib
Tarix: 18-10-2023, 13:41
Baxılıb: 74
Google+ Paylaş
Tumblr Paylaş

Zurabişvili hakim partiyanın Konstitusiya Məhkəməsinin qərarına təsir göstərdiyini deyib

18-10-2023, 13:41

Konstitusiya Məhkəməsinin 16 oktyabr qərarı qanunun aliliyinin qələbəsi kimi yox, bir partiyanın məhkəmə sistemi üzərində möhkəmlənməsi kimi yadda qalacaq.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə impiçment müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, Konstitusiya Məhkəməsi hakim partiyanın siyasi iradəsi qarşısında tab gətirə bilməyərək öz rolunu tərk edib və onun fəaliyyəti siyasi müstəviyə keçib.
Zurabişvili Məhkəmənin ölkə Konstitusiyanın Avropaya inteqrasiya ilə bağlı 78-ci maddəsinə xor baxdığını, dəlil kimi hakim partiyanın sədrinin siyasi arqumentlərini rəhbər tutduğunu deyib.
Prezident əlavə edib ki, onun yeganə planı ölkənin ilin sonunadək Avropa İttifaqından (Aİ) namizəd statusu almasıdır.
“Bu məqsədə gedən yolda məni heç kim və heç nə dayandıra bilməz. Gürcü xalqı seçimini çoxdan edib və bunun üçün böyük bir bədəl ödəyib. Onlar hələ də bu seçimə sadiqdirlər və hər dəfə avropalı olduqlarını sübut və müdafiə edirlər. Heç kim bu insanları Rusiya yoluna aparacağına inanmamalıdır”, - Zurabişvili bildirib.
Xatırladaq ki, Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 16-da Prezidentin impiçmenti ilə bağlı hakim “Gürcü Arzusu” partiyasının təqdimatına müsbət rəy verib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ