Moskva Paşinyanın AP-də çıxışını təxribat kimi qiymətləndirir: Zelenskinin yolu ilə gedir - YENİLƏNİB
Tarix: 18-10-2023, 13:40
Baxılıb: 102
Google+ Paylaş
Tumblr Paylaş

Moskva Paşinyanın AP-də çıxışını təxribat kimi qiymətləndirir: Zelenskinin yolu ilə gedir - YENİLƏNİB

18-10-2023, 13:40

Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Vladimir Zelenskinin yolunu davam etdirir.
Reportyor.tv Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Moskvadakı yüksək vəzifəli mənbə bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Moldovanı “Ukrayna nömrə 2” hesab etsək, Ermənistanı necə “Ukrayna nömrə 3”-ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Vladimir Zelenskinin addımları ilə gedir”, - mənbə vurğulayıb.
Qeyd edək ki, oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırış ediblər.
Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirir.
Reportyor.tv xəbər verir ki, bu barədə TASS Moskvadakı yüksək çinli mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Paşinyan böyük addımlarla Zelenskinin yolu ilə gedir


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ