“Gürcü Arzusu” partiyasının sədri: Prezident birbaşa konstitusiya quruluşuna qarşı çıxıb
Tarix: 18-10-2023, 13:08
Baxılıb: 60
Google+ Paylaş
Tumblr Paylaş

“Gürcü Arzusu” partiyasının sədri: Prezident birbaşa konstitusiya quruluşuna qarşı çıxıb

18-10-2023, 13:08

Prezident birbaşa konstitusiya quruluşuna qarşı çıxıb və onu dəyişdirməyə çalışıb, bu ən ciddi qanun pozuntusudur.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze ölkə parlamentində Prezidentin impiçmenti ilə bağlı keçirilən müzakirədə çıxışı zamanı belə deyib. O, Prezidentin hökumətin daxili və xarici siyasət həyata keçirmək səlahiyyətlərinə birbaşa və kobud surətdə müdaxilə etdiyini, bu davranışla onun vəzifəsindən azad edilməyə layiq olduğunu bildirib.
Kobaxidze əlavə edib ki, Prezident bu davranışı ilə ölkənin Avropaya inteqrasiya maraqlarına qarşı çıxıb.
O, Salome Zurabişvilinin konstitusiyanı pozmasının sistemli şəkil aldığını və bunun cavabsız qalmamalı olduğunu bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ