Parlamentdə Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsi başlayıb - YENİLƏNİB
Tarix: 18-10-2023, 12:30
Baxılıb: 61
Google+ Paylaş
Tumblr Paylaş

Parlamentdə Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsi başlayıb - YENİLƏNİB

18-10-2023, 12:30

Parlamentdə Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsi başlayıb.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, Prezident Salome Zurabişvilini parlamentin skiperi Şalva Papuaşvili qarşılayıb.
Bu gün Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti məsələsi müzakirə ediləcək.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, müzakirə yerli vaxtla saat 12:00-da başlayacaq.
Gürcüstan parlamentinin məlumatına görə Prezident Salome Zurabişvili sessiyada iştirak edəcəyini təsdiqləyib.
Gürcüstan Prezident administrasiyasının məlumatında isə bildirilib ki, müzakirə zamanı sessiyada diplomatik korpusun iştirakına icazə verilməsi üçün müraciət edilib, lakin parlament müraciəti qəbul etməyib.
Sessiya ilə əlaqədar parlamentdə təhlükəsizlik rejimi gücləndirilib.
Müxalif deputatlar bildiriblər ki, hakimiyyətin gizli yolla keçiriləcək səsvermənin nəticələrini saxtalaşdırmaması üçün səsvermə zamanı zalda olmayacaqlar.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyasının impiçment layihəsini daha əvvəl parlamentin 88 deputatı dəstəkləyib. Lakin Prezidentin impiçmenti üçün minimum 100 deputatın dəstəyinə ehtiyac var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ