"Siz sevinməyi bacarmırsınız" - Canni de Byazi əsəbiləşdi
Tarix: 13-10-2023, 23:22
Baxılıb: 57
Google+ Paylaş
Tumblr Paylaş

"Siz sevinməyi bacarmırsınız" - Canni de Byazi əsəbiləşdi

13-10-2023, 23:22

Futbol üzrə milli komandamızın baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya üzərində 2:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib. 
Reportyor.tv xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qələbə emosiyalarını bölüşüb. 
- Yaxşı oyun göstərdik. Erkən qol vurduq. Rəqib fiziki yaxşı hazır idi. Dəyişikliklərə gəlincə, 3 oyunçumuzda sarı vərəqə var idi. Təhlükəli idi. 
- Millimiz Avropa və dünya çempionatlarının seçmə mərhələsində 73 aydan sonra qələbə qazandı. Bunlardan yarıdan çoxu - 39 ayı sizin payınıza düşür. Statistika acıdı, ancaq şərhiniz maraqlıdı: bu tsikldə daha 1 qələbə qazanmaq potensialımız var?
- Ümid edirəm.
- Əvəzetmələr zamanı sanki Mahir və Rahil narazı idilər...
- Üç gündən sonra vacib oyunumuz var. 65-68 dəqiqə oynadılar. Bir daha qeyd edirəm ki, sarı vərəqələri var idi. Ola bilər qol vurmadıqları üçün narazı idilər.
- Qələbə gözəldir, amma millimiz çoxdandı belə zəif rəqiblə qarşılaşmırdı...
- (qəzəblənir). Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ