Zelenski və Ursula von der Leyen arasında telefon danışığı olub
Tarix: 2-10-2023, 21:45
Baxılıb: 46
Google+ Paylaş
Tumblr Paylaş

Zelenski və Ursula von der Leyen arasında telefon danışığı olub

2-10-2023, 21:45

Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında telefon danışığı olub.
Reportyor.tv xəbər verir ki, bu barədə Prezident Zelenskinin "X" hesabında bildirilib.
"Böyük beynəlxalq tədbirlərdən əvvəl mövqelərimizi koordinasiya etmək üçün Ursula von der Leyen ilə danışdım. Biz alternativ taxıl marşrutlarını müzakirə etdik. Eyni zamanda, üzv dövlətlər tərəfindən birtərəfli məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı konstruktiv dialoqu davam etdirmək və ukraynalı fermerlərə dəstək yollarını axtarmaq barədə razılaşdıq.
Qarşıdakı dörd il üçün 50 milyard avro dəyərində uzunmüddətli maliyyə dəstəyi proqramı hazırladığı üçün Avropa İttifaqına minnətdaram. Üzv dövlətlərin bunu dəstəkləməsini səbirsizliklə gözləyirik", - Zelenski bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ