İraqın şimalında indiyədək 605 terrorçunu zərərsizləşdirib
Tarix: 24-09-2023, 14:17
Baxılıb: 46
Google+ Paylaş
Tumblr Paylaş

İraqın şimalında indiyədək 605 terrorçunu zərərsizləşdirib

24-09-2023, 14:17

Türkiyə Silahlı Qüvvələri (TSQ) “Pəncək-kilid” əməliyyatı çərçivəsində indiyədək 605 terrorçunu zərərsizləşdirib, terror təşkilatına aid müxtəlif ölçülü 1343 silah və 706 min 650 döyüş sursatı ələ keçirib.
Reportyor.tv Anadolu Agentliyinə istinadən xəbər verir ki, komandolar əməliyyat bölgəsində terrorçuların istifadə etdiyi 670 mağara və sığınacaqları yararsız hala salıb.
Agentliyin müxbirinin verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Hakurkdan başladıqları "Pəncə" silsiləsi əməliyyatlarını Sinat-Haftanin ilə davam etdirib, daha sonra Metina və Avaşin ilə əməliyyat sahəsi genişləndirilib.Terrorçuların bölgəyə yerləşdirdiyi 2284 mina və əldəqayırma partlayıcı da məhv edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ