Zurabişvili Rusiyaya casusluq edən keçmiş baş prokurorun vətəndaşlıqdan çıxarılmamasına aydınlıq gətirib
Tarix: 22-09-2023, 23:19
Baxılıb: 39
Google+ Paylaş
Tumblr Paylaş

Zurabişvili Rusiyaya casusluq edən keçmiş baş prokurorun vətəndaşlıqdan çıxarılmamasına aydınlıq gətirib

22-09-2023, 23:19

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin Rusiya xeyrinə casusluqda ittiham edilən sabiq Baş prokuroru Otar Partsxaladzeni vətəndaşlıqdan niyə məhrum etməməsinə aydınlıq gətirib.
Reportyor.tv Gürcüstan bürosu xəbər verir ki, Salome Zurabişvili “Facebook” paylaşımında Partsxaladzeni dərhal vətəndaşlıqdan məhrum etməməsini ona qarşı casusluq ittihamının irəli sürülməsi və başladılmış araşdırmalarla əlaqələndirib.
Qeyd edib ki, dövlət maraqlarını nəzərə alaraq Partsxaladzenin Gürcüstan vətəndaşlığından çıxarılmasını arzuolunmaz hesab edib və onun cəzalandırılacağı təqdirdə Gürcüstan vətəndaşı kimi cəzalandırılmasını istəyir.Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyaya qarşı tədbirlər çərçivəsində Gürcüstanın sabiq Baş prokuroru Otar Partsxaladzeni də sanksiyalar siyahısına əlavə edib.
Dövlət Departamentinin açıqlamasında Rusiya-Gürcüstan ikili vətəndaşlığına malik Partsxaladzenin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqələri olduğu, Gürcüstanda cəmiyyətə və siyasətə Moskvanın xeyrinə təsir etdiyi qeyd olunub.
Gürcüstan Milli Bankı ABŞ sanksiyaları səbəbilə Partsxaladzeyə məxsus hesabları dondurmaq qərarı qəbul edib.
Lakin qərar daha sonra, Partsxaladzenin Gürcüstan vətəndaşı olması əsas gətirilərək dəyişdirilib və onun bank hesablarına qoyulmuş məhdudiyyət götürülüb.
Milli Bankın sədri vəzifəsinin əvəzedicisi Natia Turnavanın bu qərarı birmənalı qarşılanmayıb, etiraz olaraq Milli Bankın üç vitse-prezidenti vəzifəsindən istefa verib. Bu hadisələr fonunda Gürcüstanın milli valyutası larinin dollar qarşısında nəzərəçarpan ucuzlaşması baş verib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ