Qubada polis əməkdaşları maddi cəhətdən imkanı zəif olan ailələrə yardım etdi - FOTOLAR
Tarix: 25-04-2020, 18:56
Baxılıb: 566
Google+ Paylaş
Tumblr Paylaş

Qubada polis əməkdaşları maddi cəhətdən imkanı zəif olan ailələrə yardım etdi - FOTOLAR

25-04-2020, 18:56

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan vətəndaşlara dəstək olublar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları ölkədə elan edilmiş xüsusi karantin rejimində rayonun müxtəlif ərazilərində yaşayan 30 aztəminatlı ailəyə baş çəkərək, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət yardımları onlara öz evlərində təqdim ediblər. Polislər qonağı olduqları evlərdə sakinlərin sosial vəziyyətləri ilə maraqlanaraq, onları maraqlandıran sualları cavablandırıblar.
Rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan polis əməkdaşlarına minnətdar olduqlarını bildiriblər.
Musavat.com








Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ