SÜRÜCÜLƏR OXUSUN! – Bu halda məsuliyyətdən azad olunursuz
Tarix: 9-08-2023, 09:32
Baxılıb: 256
Google+ Paylaş
Tumblr Paylaş

SÜRÜCÜLƏR OXUSUN! – Bu halda məsuliyyətdən azad olunursuz

9-08-2023, 09:32

Dünyanın bir çox ölkəsində avtomobili sərxoş idarə etməyə görə sərt cəzalar tətbiq edilir. Azərbaycanda da bununla bağlı sərt tədbirlər görülür. Sərxoş halda avtomobil edənlər yüksək miqdarda  - 400 manat məbləğində cərimə edilir, sürücülük vəsiqəsi müəyyən müddətdə məhdudlaşdırılır.  Dünyanın bir çox ölkəsində qanda 0,5 promildən artıq spirt aşkarlanarsa, sürücü cərimələnir.


Bəs Azərbaycanda vəziyyət necədir? Sürücü  hansı halda sərxoş hesab olunur?


Məsələ ilə bağlı Referans.az-a danışan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəsmisi, mayor Araz Əsgərli bildirib ki, 0.43 promilli və daha artıq olduğu zaman sürücü sərxoş sayılır:


“Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var. Alkaqolun, yəni etil spirtinin qandakı konsentrasiyası 0.3 promil və daha artıqdırsa, şəxs şərxoş hesab olunur və artıq bu vəziyyət inzibati məsuliyyət yaradır. Belə olduğu halda sürücü 300 manatdan 700 manata qədər cərimə olunur və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılır. Sürücüdə narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu aşkar edildiyi halda da sürücü sərxoşluq vəziyyətində olan hesab edilir”.


DYP rəsmisi bildirib ki, əgər sürücü saxlanıb, sərxoşluğu yoxlanan zaman o bundan imtina edirsə, qanuna uyğun formada sərxoş hesab edilir. İstəsə yol patrul əməkdaşları yerində də yoxlaya bilər, əgər sürücü bundan da imtina etsə, sərxoşluğun ekspertizası mərkəzində də bu, mümkündür.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ