Bu şəxslər üçün parklanma ödənişsiz oldu - YENİ QAYDALAR
Tarix: 26-07-2023, 09:01
Baxılıb: 208
Google+ Paylaş
Tumblr Paylaş

Bu şəxslər üçün parklanma ödənişsiz oldu - YENİ QAYDALAR

26-07-2023, 09:01

Bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə yeni qaydalar qüvvəyə minir.
Reportyor.tv "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Bakıda ümumilikdə 5 Parklanma zonası müəyyən edilib. Mərkəz zona şəhərin tarixi hissəsini, digər zonalar isə ordan kənarlaşdıqca, ətraf əraziləri əhatə edir. Hər zonaya uyğun ödəniş məbləği saatı 30 qəpikdən, 1 manatdək müəyyənləşdirilib. Nəqliyyat tələbinin aşağı olduğu 4-cü zona üzrə parklanma ödənişsiz olacaq.
Həmçinin, parklanma ərazisindən 100 metr sağ və sol məsafədə yerləşən binalarda qeydiyyatda olan sakinlər üçün parklama ödənişsizdir. Bunun üçün onlar aidiyyəti üzrə müraciət edib parklanma talonları əldə etməlidirlər.
Parklanmaya görə ödənişlər nağdsız formada həyata keçiriləcək.
Bütün parklama məntəqələrində nişanlar və məlumat lövhələri quraşdırılacaq.
Nəqliyyat vasitələri parklanma ərazisinə daxil olduqda mobil tətbiq vasitəsilə qeydiyyatdan keçəcəklər. Ərazidə agentliyin nəzarətçiləri olacaq, onlar mobil tətbiq vasitəsilə ödənişin olunub-olunmamasına nəzarət edəcək.
Daha ətraflı videoda:


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ