SON DƏQİQƏ: ABŞ Qarabağ ermənilərini antiterror əməliyyatları ilə hədələdi - ƏTRAFLI
Tarix: 15-06-2023, 09:48
Baxılıb: 122
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ: ABŞ Qarabağ ermənilərini antiterror əməliyyatları ilə hədələdi - ƏTRAFLI

15-06-2023, 09:48

Vaşinqton ultimatum şəklində Qarabağ ermənilərini üçüncü ölkədə Azərbaycan nümayəndələri ilə görüşməyə məcbur edir.
Reportyor.tv xeber verir ki, bu barədə Vaşinqtondakı diplomatik mənbənin RİA-ya verdiyi məlumatda deyilir.

Xəbərə görə, “Vaşinqton ultimatum formasında Qarabağ ermənilərini yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə “üçüncü ölkədə” Azərbaycan tərəfi ilə görüşə razılaşmağa məcbur edir. Məqsəd ABŞ-ı regiona daxil etməkdir”, – deyə agentliyin həmsöhbəti bildirib.
“Üstəlik, Qarabağ rəhbərliyi bu cür əlaqədən imtina edərsə, o zaman Azərbaycanın regionda antiterror əməliyyatı keçirəcəyi ilə hədələnir”, – deyə o, izah edib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Amerikanın sülhməramlı təşəbbüsü Qarabağın “xarici işlər naziri” Sergey Qazaryan tərəfindən lobbiçilik edilir və onun maraqları Azərbaycanın maraqları ilə tam üst-üstə düşür”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ