Ali Məhkəmə Vasif Talıbovun tutdurduğu sabiq nazirə rədd cavabı verdi
Tarix: 26-01-2023, 13:09
Baxılıb: 298
Google+ Paylaş
Tumblr Paylaş

Ali Məhkəmə Vasif Talıbovun tutdurduğu sabiq nazirə rədd cavabı verdi

26-01-2023, 13:09

Ali Məhkəmədə Naxçıvanın keçmiş daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı müraciətinə baxılıb.

Musavat.com xəbər verir ki, məhkəmə keçmiş nazirin müraciətini rədd edib. Hakim bu qərarını prosessual müddətin uzadılmasını əsassız hesab etməsiylə əsaslandırıb.
Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub. 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə Əhməd Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Hökmün icrası üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.
Onun qardaşı, polkovnik Əvəz Əhmədov da 2019-da həbs edilmişdi. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərovu girov götürərək pul tələb etməkdə, daha sonra buna görə Hörmət Əsgərovun qohumu Rəşad Tahirovdan 140 min dollar almaqda ittiham edilirdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Əhmədovun günahsız olduğu qənaətinə gələrək ona bəraət vermişdi. Əvəz Əhmədov məhkəmə zalından azadlığa buraxılmışdı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ